VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 05 Kasım 2019 10:50:11

0 Şərh

Dəfə Oxundu.

PKK-dan Ərdoğana qarşı yeni plan: Ermənilər də daxil edildi

PKK-dan Ərdoğana qarşı yeni plan: Ermənilər də daxil edildi

PKK terror təşkilatı Suriyada Türkiyəyə qarşı fəaliyyətini gücləndirmək üçün yeni planın icrasına başlayıb. 

UTVİNFO xəbər verir ki, bununla bağlı “Yeni Şafak” nəşri məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri və Suriya milli ordusu xristianları qətlə yetirir” təxribatının izində olan PKK terrorçuları Hasekenin Tel Temr qəsəbəsində süryaniləri döyüşlərin davam etdiyi bölgələrə köçürüb. Terrorçular xristian qrupların döyüş bölgələrinə köçürülməsinin davam edəcəyini bildiriblər. 

Bundan başqa, ötən aprel ayında Tel Temrdə qurulan “Nubar Ozanyan” adı verilən erməni “tabor”u da bu planda yer alıb. 1915-ci ildə Suriya və Liviyaya köçürülən ermənilərin nəvələrindən qurulmuş “tabor” da döyüş xəttinə yerləşdirilib. 

Məlumata görə, erməni “tabor”unun bir hissəsi Rasulayna aparılsa da, ABŞ-ın təkidi ilə Tel Temrə qədər geri çəkilib.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR