VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 05 Şubat 2020 13:55:20

0 Şərh

Dəfə Oxundu.

Polad Bülbüloğlu ad gününü əsgərlərlə bir yerdə hərbi hissədə qeyd etdi-FOTO

Ötən gün Azərbaycanın sevimlisi Polad Bülbüloğlu ad gününü Beyləqanda yerləşən N saylı hərbi hissədə əsgərlərlə birlikdə qeyd edib.

UTVİNFO xəbər verir ki, ad günü tədbirinə ölkənin tanınmış simaları, eyni zamanda taninmiş teleaparıcı Hacı Nuran Hüseynov, Beyləqan rayon İH Başçısı və digər ictimaiyyət nümayəndələri qatılıb. 

Polad Bülbüloğlu Beyləqan RİH-nin başçısı  və digər tanınmış simalarla birlikdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib. Daha sonra N saylı hərbi hissədə ad gününü əsgərlərimizlə birlikdə qeyd edib. 

Hərbi hissədən sonra Polad Bülbüloğlu Beyləqan Olenpiya Kompleksində möhtəşəm konsert proqramı ilə çıxış edib. 

Konsert proqramında tanınmış simalar, Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı və ictimaiyyət nümayəndələri, eyni zamanda zabit və əsgərlərimiz də iştirak ediblər. Ad günü tədbirinə qatılan simalar Polad Bülbüloğlunu təbrik edib, onunla xatirə şəkilləri çəkdiriblər. 

Qeyd edək ki, həmin tədbirə Ümid Tv-nin xüsusi əməkdaşı İlqam Cəbiyev də qatılıb və tədbiri an-bə-an lentə alıb. 

Biz də Ümid Tv olaraq xalqın sevimlisi Polad Bülbüloğlunu ad günü münasibətilə təbrik edirik və gələcək fəaliyyətində ona uğurlar arzu edirik. 

Fotolar İlqam Cəbiyev tərəfindən lentə alınıb. 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR