VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 16 Ekim 2019 15:48:19

0 Şərh

Dəfə Oxundu.

Polkovnik azadlığa çıxdı.

Polkovnik -leytenant Bəhruz Abdullayev azadlığa çıxıb.

UTVİNFO-nun məlumatına görə, Penitensiar Xidmətin keçmiş tabor komandiri, polkovnik-leytenant Bəhruz Abdullayev azadlığa çıxıb. Bu barədə B.Abdullayevin vəkil Ziyad Abbaszadə məlumat verib. 

O deyib ki, B.Abdullayev məhkəmənin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb:

“Buna görə də o, azadlığa çıxıb.Yalnız müəyyən vaxtda cəzaçəkmə müəssisəsinə gedərək imza atır”.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Fədayə Laçının cəzası iki ilə endirilib. Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası üç ilə, Fuad Hacıyevin cəzası dörd ilə, Günay Atakişiyevanın cəzası beş ilə endirilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR