BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Haziran 2019 12:10:45

0 Şərh

Dəfə Oxundu.

Prezident Milli Məclisə mühüm qanun layihəsi göndərdi - Bu gün müzakirə olunacaq

Prezident Milli Məclisə mühüm qanun layihəsi göndərdi - Bu gün müzakirə olunacaq

Məhkəmə fəaliyyəti, o cümlədən, kommersiya məhkəmələrinin yaradılması ilə bağlı mühüm qanun layihələri paketi hazırlanaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edilib. 

UTVİNFO xəbər verir ki, bu sözləri Avropa İttifaqı V Azərbaycan Biznes Forumunda çıxış edən Ədliyyə nazinin müavini Toğrul Musayev deyib. 

Onun sözlərinə görə, artıq bu gün həmin qanun layihələrinin parlamentdə birinci oxunuşda müzakirəsi nəzərdə tutulub:

“Hələ 2006-cı ildə məhkəmə hakimlərinin sayı iki dəfə artırılaraq, 600-ə çatdırılıb. Bununla belə, bu gün ölkədə 100 min nəfərə düşən hakimlərin sayı altı olmaqla, Avropa ölkələri üzrə orta göstəricidən üç dəfə azdır.

Məhz buna görə fərmanla hakimlərin sayının xeyli - 200 nəfər artırılması müstəsna əhəmiyyətə malikdir. Bu addım məhkəmə hakimiyyətinin daha da optimal şəkildə qurulması üçün çox vacibdir”.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR