BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 15 Mayıs 2019 14:50:30

0 Şərh

Dəfə Oxundu.

Problemli kreditlərlə bağlı şikayətlərə niyə cavab verilmir? - AÇIQLAMA

Problemli kreditlərlə bağlı şikayətlərə niyə cavab verilmir? - AÇIQLAMA

Problemli kreditlərin həlli ilə bağlı imzalanmış fərmandan sonra martın 28-də müvafiq siyahı açıqlanıb. Tam siyahı isə aprelin 15-də məlum olub.

Bundan sonra bəzi vətəndaşlar adlarını siyahıda tapmadığı üçün şikayətlərini Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron portalında yaradılmış “Apellyasiya komissiyasına müraciət” bölümünə ünvanlayıblar.

Verilən məlumatlara görə, Apellyasiya komissiyası müraciətə baxdıqdan sonra 15 gün müddətində şikayəti cavablandırır. Ancaq bəzi vətəndaşlar şikayətlərindən 15-20 gün keçməsinə baxmayaraq, cavab almadıqlarını bildirirlər. 

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına mətbuat katibi Elşən Allahverdiyevin sözlərinə görə, bəzi şikayətlər xüsusi araşdırma tələb etdiyi üçün qanunda göstərildiyi kimi, 30 iş günü müddətində həmin vətəndaşlara cavab veriləcək:

“Bizə daxil olan bütün şikayətlər xüsusi araşdırma tələb edir. Vətəndaşlar maliyyə hesabatında səhv hesablandığından şikayətlənir, biz bununla bağlı həmin banklara sorğu göndəririk. Bankdan aldığımız cavabları mövcud vəziyyətə uyğunlaşdırırıq, analiz edib, vətəndaşa 30 iş günü müddətində cavab veririk. 

Bu qrafik dəyişməz olaraq qalır. Bu müddət ərzində mütləq olaraq vətəndaşa cavab veriləcək. Qeyd edim ki, 30 iş günü tamam olmamasına baxmayaraq, ilkin müraciətlər artıq cavablandırılıb. 

Bəzən olur ki, vətəndaşlar istənilən halda ona verilən məbləği yoxlamaq üçün apellyasiya şikayəti verirlər. Müraciətlərin çoxu fərmanın aid olmadığı vətəndaşlara məxsusdur”.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR