VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 25 Mart 2020 09:26:26

0 Şərh

Dəfə Oxundu.

Qan təzyiqinin yüksək olmasının koronavirisla əlaqəsi müəyyən edildi

Alimlər koronavirus və hipertoniya (qan təzyiqinin davamlı yüksək olması) arasında əlaqəni müəyyən ediblər.

Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Çinli alimlər Uhanda yaşlı xəstələrin ölüm hallarına təsir edən COVID-19-un klinik gedişatı və risk amilləri ilə əlaqədar geniş araşdırma aparıblar.

191 yoluxmuş şəxsin (137 sağalan və 54 ölən xəstənin) məlumatlarını öyrənən mütəxəssislər müəyyən ediblər ki, xəstəxanaya yerləşdirilən hər ikinci xəstə hipertoniyadan əziyyət çəkib.

Elm adamları xatırladıblar ki, koronavirus ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün daha təhlükəlidir. Alimlər qan təzyiqini tənzimləyən dərmanların koronavirus infeksiyası zamanı proqnozu pisləşdirə biləcəyini də vurğulayıblar.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR