VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Eylül 2019 23:30:54

0 Şərh

Dəfə Oxundu.

Qaynana kürəkəninə jest etdi-VİDEO

Qayınana böyrəyini kürəkəninə verdi .

"UTVİNFO"-"DHA"ya istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərində maraqlı olay yaşanıb. 

50 yaşlı Namiq Ünlü adlı şəxs böyrək çatışmazlığından əziyyət çəkirdi. Uzun illər müalicə alan Ünlünün vəziyyəti son zamanlarda daha da kritik hal almışdı. Buna görə də həkimlər, böyrək transplantasiyasını məsləhət görüblər.

Ünlü, yerli mətbuata açıqlamasında bildirib ki, ondakı böyrək çatışmazlığı genetikdir. Bu səbəblə, ailədə heç kim böyrəyini verə bilməyib. Lakin 66 yaşlı qaynanası Hanifə Yavuz kürəkəninə böyrəyini verməyə razı olub. Hanifə Yavuz açıqlamasında bildirib ki, Namiqi öz oğlu kimi sevir: “O mənim oğlumdur. Mənim övladlarım xoşbəxtdirsə, mən də xoşbəxtəm”.

Qeyd edək ki, hazırda hər iki şəxsin sağlamlıqlarında heç bir problem yoxdur.

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR