VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Şubat 2020 19:34:53

0 Şərh

Dəfə Oxundu.

Qənirə Paşayeva Spiker olacağı barədə yayılan məlumatlara cavab verdi

Azərbaycan və Türkiyə üçün dəyərli olan, seçicilərin yüksək rəğbətini qazanan və Növbədənkənar Parlament sçekilərində qalib olan Qənirə Paşayevanın Milli Məclisin spikeri olacağı barədə bəzi saytlarda məlumatlar yayılmışdı. 

Həmin yayılan məlumatlara Qənirə Paşayeva özünün facebook səhifəsində paylaşım etməklə münasibət bildirib. Qənirə Paşayeva, həqiqəti əks etdirməyən məlumatları yaymamağı və paylaşmamağı xahiş edib. Həmin paylaşımı oxucularımıza olduğu kimi təqdim edirik. 

"Əziz dostlar,
Sosial mediada, bəzi media orqanlarında mənim Milli Məclis sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır. Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır.  Mən isə bitərəfəm. Digər tərəfdən yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirem.
Sayğılarla, Qənirə Paşayeva".

İlqam Cəbiyev / UTVİNFO xəbər

 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR