BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 06 Mayıs 2019 08:30:12

0 Şərh

Dəfə Oxundu.

Qəzaya uğrayan təyyarədə ölənlərin sayı artır - YENİLƏNİB + VİDEO

Qəzaya uğrayan təyyarədə ölənlərin sayı artır - YENİLƏNİB

Moskvada baş verən təyyarə qəzası nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Ölənlərdən biri ekipaj üzvüdür. Qəzadan yalnız 33 sərnişin və dörd ekipaj üzvü sağ çıxıb. 

Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb. 

Baş verən qəzanın araşdırılması xüsusi dövlət komissiyasına həvalə olunub. Təyyarə uçuş təhlükəsizliyi qaydalarının iki nəfər və ya iki nəfərdən çox insanın ölümü ilə nəticələnən pozuntusu maddəsi ilə cinayət işi açılıb.

00:55

Moskvanın “Şeremetevo” aeroportunda təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb.

Rusiya Daxili İşlər Nazirliyinin İstintaq Komitəsindən bildirilib ki, təyyarədə olan 29 nəfərin taleyi barədə hələlik məlumat yoxdur. Təyyarə tamamilə yanıb. Verilən məlumata əsasən sərnişinlər 53 saniyə ərzində təxliyyə ediliblər.

Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetevo” hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.

5 may - 21:51

TASS agentliyinin məlumatına görə yanğına görə Moskvanın “Şeremetovo” hava limanına təcili eniş edən Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsindən 13 nəfərin meyiti çıxarılıb.

Ekipaj üzvləri qəzaya ildırım vurmasının səbəb olduğunu təsdiq ediblər.  İldırım vurduqdan sonra təyyarənin bütün avtomatik qurğuları sıradan çıxıb. Hava limanına eniş etmək istəyən təyyarə iki dəfə uçuş zolağına çırpılıb.

Ölü və yaralı sayının artacağı istisna edilmir.

Faktla bağlı istintaq başlayıb. 

20:50

“Şeremetovo” hava limanında yanan Sukhoi Superjet 100 (SSJ-100) markalı təyyarənin 10 sərnişini təxliyyə zamanı həlak olub. Bu baradə“Moskva şəhər xəbərləri” agentliyi məlumat yayıb.

TASS isə bir nəfərin ölməsi barədə məlumat verir.

20:40

“Şeremetovo” hava limanında yanan Sukhoi Superjet 100 (SSJ-100) təyyarəsi ildırım vurması səbəbi ilə yanıb. Yanğın təyyarənin mühərriklərindən birində başlayıb. TASS agentliyi belə yazır.  

“İnterfaks” agentliyinin məlumatına görə, yanan təyyarə artıq söndürülüb. Yanğının səbəbinin elektrik naqilləri olması ehimalı da var.

Təyyarənin göyərtəsində 72 sərnişin, 6 ekipaj üzvü olub. Hələlik 5 nəfərin xəsarət aldığı bildirilir.

20:32

“Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanır. TASS agentliyinin məlumatına görə, yaralılar var. Hadisə yerinə 10 təcili yardım briqadası cəlb olunub.

RİA Novosti məlumat verir ki, 5 nəfər yaralanıb, 78 sərnişin yanan təyyarədən təxliyyə edilib.

Təyyarənin ekipajı havada yanan təyyarəni yerə salamat endirməyi bacarıb. 

20:30

Moskvanın “Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanıb.

Bu barədə “Telegram kanal 112” xəbər verir.

Kanalın məlumatına görə, təyyarə Moskva-Murmansk reysini həyata keçirirmiş. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Hava limanı müvəqqəti olaraq uçuş və enişlər üçün bağlanıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR