BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Haziran 2019 12:01:59

0 Şərh

Dəfə Oxundu.

"Ərdəm Akademiyası" nın idman zalında ilk dəfə Kempo üzrə seminar təşkil olunub.

"Ərdəm Akademiyası" nın idman zalında ilk dəfə Kempo üzrə seminar təşkil olunub

4-26.05.2019 tarixdə Şimali Kipr Türk Cumhuriyyətinin "Ərdəm Akademiyası" nın idman zalında ilk dəfə olaraq Kempo üzrə seminar təşkil olunmuşdu. Seminar təşkilatçılarından Türkiyə Kempo Federasiyasının prezidenti Halis Avşar, ŞKTC nin Kempo təmsilçisi Mehmet Kekuç Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi, Beynəlxalq Kempo Federasiyasının Full Kempo uzrə texniki direktoru, Azərbaycanda Kempo idman növünün yaradıcısı və təbliğatçısı Rauf İbrahimovu və onun tələbəsi və köməkçisi Mirzə Məmmədovu Kempo idman növü üzrə seminar keçirtməyə dəvət etmişdilər. Seminarda 70 ə yaxın hakim, təlimatçı, məşqçi və idmançılar iştirak etmişdilər. Seminarda Beynəlxalq Kempo Federasiyasının beynəlxalq fəaliyyəti haqda, Kempo idman növünün qaydaları və bölmələri haqda geniş məlumat verilmişdi. Rauf İbrahimov seminar ərəfəsində seminarın dövlət səviyyəsində təşkil olunmasına dəstək və razılığını verən ŞKTC nin başbakanlığının spor dairəsi müdürü Alkan Değirmencioğlu və ŞKTC nin Başbakanlıq spor dairəsi müdürlüyünün Dış İlişkilər Amiri Sertac Bozatlı ilə görüşmüş, Kempo idman növü və bu idman növünün hal hazırda beynəlxalq səviyyəsində gördüyü işlər barəsində geniş məlumat vermişdi. Qeyd edək ki, Rauf İbrahimov ŞKTC də Kempo üzrə seminar verən ilk ustadır.

FƏRİDƏ NİZAMİQIZI / UTVİNFO XƏBƏR

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman  Cebiyev Rahman Cebiyev rahmanutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR