VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 21 Kasım 2019 10:40:57

0 Şərh

Dəfə Oxundu.

Ronaldu evlənməsi xəbərlərini təkzib edir: “Anamın arzusudur”

Ronaldu evlənməsi xəbərlərini təkzib edir: “Anamın arzusudur”

Kriştianu Ronaldu uzun müddət birgə yaşadığı Corcina Rodriqeslə Mərakeşdə evlənməsi xəbərlərini təkzib edib.

UTVİNFO xəbər verir ki, “Novella 2000” nəşrinin yazdığına görə, toy avqustun sonlarında baş tutub.

Lakin 34 yaşlı futbolçu 25 yaşlı keçmiş mağaza satıcısı olmuş Corcina ilə evlənmə xəbərini təkzib edib. O bildirib ki, 2016-dan bəri nişanlı olduğu Corcina ilə evlənməyini anası Maria Doloreş duş Santuj Aveyru da istəyir:

“O, mənə çox kömək edib. Təbii ki, onunla eşq yaşayıram. Yəqin, bir gün toyumuz olacaq. Bu, mənim anamın arzusudur”.

Qeyd edək ki, cütlüyün doqquz yaşlı Kriştianu (Junior), iki yaşlı Eva və Mateo adlı əkizləri və Alana adlı övladları var.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR