BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Haziran 2019 13:05:45

0 Şərh

Dəfə Oxundu.

Rostov-Bakı aviareysi açılır

Rostov-Bakı aviareysi açılır

Rusiyanın “İrAero” hava yolları şirkəti iyulun 6-dan etibarən Bakı-Rostov birbaşa hava reyslərini işə salacaq.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

Aviadaşımalar “Suxoy Superjet 100” sərnişin təyyarələri ilə şənbə günləri gerçəkləşdiriləcək.

Bir istiqamətə biletin qiyməti 12 min rubldan (təxminən 315 manat - red.) başlayır.

Uçuş müddəti iki saat təşkil edəcək. Təyyarə 12:50-də Bakıdan havaya qalxacaq və 13:50-də Rostova çatacaq. Əks istiqamətdə isə Rostovdan 15:00-da çıxacaq və 18:20-də Bakıya çatacaq.

“Bakı istiqaməti bizim üçün artıq ənənəvi xarakter daşıyır. Ona böyük tələbat olduğunu görürük. Biz hazırda Çelyabinsk və Orenburqdan Azərbaycan paytaxtına reyslər gerçəkləşdiririk. İyunun 18-də isə Bakı-Yekaterinburq reysi açılacaq”, - deyə “İrAero”nun baş direktoru Yuri Lapin bildirib.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR