BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Haziran 2019 08:20:03

0 Şərh

Dəfə Oxundu.

Rusiya və Avropa dollardan imtina edir

Rusiya və Avropa dollardan imtina edir

Rusiya və Avropa İttifaqı maliyyə əməliyyatlarının rubl və avro ilə aparılması ilə bağlı işçi qrup yaradacaq.

Bu haqda Rusiyanın baş nazirinin müavini Anton Siluanovun mətbuat katibi Andrey Lavrov məlumat verib.

RİA Novosti”nin məlumatına görə, Siluanov və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç arasında keçirilən görüşdə ikitərəfli ticarət, o cümlədən enerjidaşıyıcılarının alqı-satqısı ilə bağlı hesablaşmaların dollarda yox milli valyutalar – rubl və avroda aparılması müzakirəyə çıxarılıb.

Siluanov bildirib ki, Moskva bu növ əməkdaşlığın baş tutmasında maraqlıdır. Onun sözlərinə görə beynəlxalq şirkətlərin milli layihələrdə iştirakı üçün hər hansı maneə yoxdur.

Görüşdə Rusiya baş nazirinin birinci müavini həmçinin Avropa komissiyası vitse-prezidentini Rusiyada investisiya abu-havasının yaxşılaşdırılması və ticarətin liberallaşdırılması istiqamətində atılan addımlarla bağlı məlumatlandırıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR