VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 09 Ekim 2019 15:05:34

0 Şərh

Dəfə Oxundu.

Rusiyalı deputat: Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib

Rusiyalı deputat: Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib

Əli Əsədov illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevə, xalqına sədaqətini sübuta yetirmiş bir peşəkardır. Heç şübhəsiz, İlham Əliyevə dahi atası, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yolunu davam etdirməyə iqtisadi müstəvidə kömək edəcək.

Bu barədə Report-a Rusiya Dövlət Duması Federal Məclisinin beynəlxalq işləri komitəsinin sədri Leonid Slutski bildirib.

“Biz Azərbaycanı qəlbimizdə daşıyan insanlar bu ölkə Prezidentinin komandası ilə sıx əlaqədə qalaraq işlərin bundan sonra da ardıcıl və səmərəli şəkildə davam edəcəyinə ümidvarıq.

Yeni Baş nazirə uğurlar, müvəffəqiyyətlər, Prezidentin tapşırdığı bütün ciddi vəzifələri səmərəli yerinə yetirməyi arzulayırıq. Həmçinin, Nazirlər Kabinetinin yeni komandasına müvəffəqiyyətlər diləyirik”, - deyə rusiyalı deputat qeyd edib. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR