VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 06 Kasım 2019 16:00:02

0 Şərh

Dəfə Oxundu.

Rusiyalı Əməkdar artistlər Bakıda konsert verəcək

Rusiyalı Əməkdar artistlər Bakıda konsert verəcək

Rusiyanın məşhur cütlüyü və duet ortaqları Leonid Aqutin və Anjelika Varum Bakıda konsert proqramı ilə çıxış edəcəklər.

UTVİNFO xəbər verir ki, rus ifaçıları martın 1-i Bakı Konqres Mərkəzinin səhnəsində Bakı tamaşaçılarına həm köhnə, həm də yeni kompozisiyalardan ibarət tamamilə yeni bir konsert proqramı təqdim edəcəklər.

Anjelika və Leonid “Esperanto” qrupu və “Swans Funk” rəqs qrupu ilə tamaşaçılara möhtəşəm və unudulmaz musiqi ziyafəti verəcəklər.

Xatırladaq ki, hər iki məşhur ölkəmizdə yay mövsümündə keçirilən “Jara” beynəlxalq musiqi festivalında çıxış ediblər.

Qeyd edək ki, Anjelika Varum Rusiyanın Əməkdar artisti, Beynəlxalq estarda nümayəndələri  ittifaqının üzvü, Milli Rus Avrasiya Mükafatının üçqat qalibi, “İlin mahnısı” festivalının laureatıdır.

Leonid Aqutin Rusiyanın Əməkdar artisti, bəstəkar, musiqiçi, mahnı müəllifi, aranjimançı, rejissor, “İki Ulduz” layihəsinin qalibi, 2017-ci ilin “Şanson” mükafatçısıdır.

Müğənnilər 2000-ci ildə rəsmi şəkilə ailə həyatı qurublar. Cütlüyün Mayamidə yaşayan bir qızı var.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR