BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Haziran 2019 16:55:17

0 Şərh

Dəfə Oxundu.

Rüstəmov özünü oğurlatdırıb arvadından pul tələb etdi

Rüstəmov özünü oğurlatdırıb arvadından pul tələb etdi

Rusiyada Emin Rüstəmov adlı şəxs həyat yoldaşından pul tələb etmək üçün özünü oğurladıb. 

Baza” “Telegram” kanalının məlumatına əsasən, E.Rüstəmovun həyat yoldaşı, şirkətlərdən birinin məhkəmə departamentinin əməkdaşı olan Anastasiya Rüstəmova mayın 17-də məsələ ilə bağlı polisə müraciət edib.

O bildirib ki, ərinə görə ondan külli miqdarda pul tələb edilir. Qadının sözlərinə görə, əgər o, 520 min rubl (13 700 AZN - red.) pulu tapmasa, ərinin cinsi orqanını kəsəcəklər. Cinayətkar Qafqaz ləhcəsində danışırmış.

Yanacaqdoldurma məntəqəsində pulun cinayətkarlara verilməsi prosesində polislər də iştirak edib və müəyyənləşib ki, E.Rüstəmov külli miqdarda borcu olub və bu addımı atıb. O da məlum olub ki, A.Rüstəmova mərc oyunlarında iştirak etmək üçün ərinə pul verməkdən imtina etmişdi.

Bildirilib ki, E.Rüstəmovun Moskvadakı, demək olar, bütün bukmeyker kontorlarına borcu olub. 

Polis əməkdaşları oğru ilə onun “qurbanını” tutublar. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR