VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 06 Şubat 2020 20:05:34

0 Şərh

Dəfə Oxundu.

SALYANDA SEÇİCİLƏRLƏ NAMİZƏD ARASINDA NƏ BAŞ VERİB? - VİDEO

60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıyev bu dəfə əməlli-başlı faciəvi situasiya ilə qarşılaşıb. 

Seçicilərlə görüşə gələn namizəd seçicilərin sərt reaksiyası ilə üzləşib. Fəzail Ağamalıyev seçiciləri sakitləşdirməyə çalışsa da seçicilər onun heç bir sözünü dinləmədən çıxıb getməsini tələb ediblər. Məcburiyyət qarşısında Fəzail Ağamalıyev avtomobilinə tərəf getmək istəyərkən, seçicilər onu fitə basaraq, əsil film nümayiş etdiriblər. Polis Əməkdaşlarının yüksək səyi nəticəsində Fəzail Ağamalıyev canını qurtara bilib. 

Fəzailin avtomobili yola düşəndən sonra səhnəyə filmin əsas qəhrəmanı, eyni dairədən namizəd olan Kamil Musəvi meydana atılıb. "Biz heç kimə imkan vermiyəcəyik, üstəlik dilindən təhqiramiz ifadə çıxardan əsil qəhrəman Kamil Musəvi meydanı ələ almağı bacarıb. 
Qeyd edək ki, ictimai yerdə təhqir işlədən deputatlığa namizəd Kamil Musəvi aprel döyüşlərinin qazisidir !

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş görüntüləri təqdim edirik.

UTVİNFO xəbər

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR