VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 21 Mart 2020 15:12:56

0 Şərh

Dəfə Oxundu.

Səba Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürdü

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1948 nömrəli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Səba” ASC 100 min manat vəsait ayırıb.

Bu barədə “Səba” şirkətindən məlumat veriblər.

“Dövlətimizin koronavirusla mübarizəyə cəlb edilmiş hər bir strukturunun, tibb işçilərimizin bu çətin günlərdə necə böyük səylə çalışdıqlarına hamımız şahidik. Onlara öz dəstəyimizi verə, ehtiyac duyulan nələrisə əldə etmək üçün yardım göstərə biliriksə, xalqımızın gələcəyi üçün biz də xidmət göstərmiş oluruq”, - “Səba” ASC-nin İdarə Heyətindən bildirilib.

“Şirkətimiz ölkənin ərzaq təhlükəsizliyinin təminatına məsuliyyət daşıyan istehsalçılardan biri kimi, bu günlərdə də fəaliyyətini xüsusi cavabdehliklə icra edir. İstehsal həcmimiz, daşınma və çatdırmalarımız hər zamankı kimi xüsusi dəqiqliklə icra olunur. Biz ofis və müəssisələrimizdə mütəmadi dezinfeksiya tədbirləri aparırıq, əməkdaşlarımızın bir-biri ilə ehtiyac olmadan əlaqələrini minimuma endirmişik. “Səba” məhsullarının satışını həyata keçirən “Gündəlik” adlı mağazalarımız isə insanların minimum kontakta daxil olaraq alış-veriş edə biləcəkləri kiçik məhəllə dükanlarıdır”, – “Səba”dan belə deyiblər.

Qeyd edək ki, “Səba” brendi ilə quş əti, sosis və kolbasalar, yarımfabrikatlar, süd məhsulları istehsal olunur, “Gündəlik” mağazalarının sayı isə ölkə üzrə 100-dən artıqdır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR