VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 06 Şubat 2020 14:10:35

0 Şərh

Dəfə Oxundu.

Seçicilərə təzyiq göstərilir, bu təzyiq heç nəyi dəyişməyəcək-SƏBUHİ RƏCƏB XƏZƏR

Son zamanlar müxtəlif insanlar arasında “Onsuz da millət vəkillərinin yerləri hazırdır, seçkilər heç nəyi dəyişməyəcək”- deyə şaiyələr gəzməkdədir. Bu da bir qrup insanlarda seçkiyə olan inamı azaldır və səsvermədə iştirak etməkdən yayınırlar. Bununla bağlı Fevralın 9-da keçiriləcək parlament seçkilərinə 13 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyası (DSK) tərəfindən namizədliyi qeydə alınan Səbuhi Rəcəbdən münasibət öyrənmək istədik. Səbuhi Rəcəb yayılan fikirlərin tamamilə əsassız olduğunu bildirərək, Azərbaycanda tam şəffaf seçki keçiriləcəyini vurğuladı və insanlarımızı əmin etdi ki, öz səslərini layiq bildikləri namizədə verərlərsə, bunun nəticəsini mütləq görəcəklər:
"Bəli bu şaiyələr gəzməkdədir, hətta faktlar da var ki məmurlar, qapı-qapı gəzərək insanları təhdid edir, onların seçim etdikləri namizədə səs vermələrini tələb edir, əks halda işdən çıxarılacaqları ilə hədələyirlər. Sakinlər var ki öz namizədləri ilə görüşə belə gələ bilmirlər, kimlərdənsə çəkinirlər. Halbuki hər kəs bilməklidir ki bu təzyiqlər heç nəyi dəyişməyəcək. Ölkəmizdə mütləq şəkildə şəffaf seçki keçiriləcək".

Səbuhi Rəcəb bildirib ki, Ölkə başçımızın bizə yaratdığı imkanlardan səmərəli istifadə etməliyik: "Milli Məclisə daha yüksək intellektə malik, biliyi bacarığı və fəaliyyəti ilə xalq arasında hörmət qazanmış gənc və ya orta yaşlı nəslin nümayəndələrinin seçilməsinə üstünlük verməliyik. Yaşlı, mandatında yatmaqdan başqa bir iş bacarmayan, vətəndaşlarını saymayan, şəhidinin ailəsiylə, veteranıyla maraqlanmayan məmurların yerinə daha potensiallı, daha savadlı gənc kadrlara ehtiyac var.Aparılan kadr islahatları da bunu deməyə əsas verir ki, ölkə başçısı gənclərə daha çox güvənir. Gənclərə verilən yüksək vəzifələr dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir.

Dəyərli seçicilər, Seçki mübarizə meydanıdır. Gəzən şaiyələrə inanmayın.Bu önəmli prosesə hər biriniz qoşulun, nəyə qadir olduğunuzu sübut edin. İnanın ki,  9 Fevral 2020-ci il növbədənkənar parlament seçkiləri tam ədalətli və şəffaf keçiriləcək. Yetər ki sizə verilən bu hüquqdan istifadə edin, layiqli namizədinizə səs verin".
Fürsətdən istifadə edərək, 13 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyasına, MSK-na və Rayon rəhbərliyinə seçkiqabağı yaradılan şəraitə görə təşəkkürümü bildirirəm.  
Onu da vurğulamaq istəyirəm ki, biz millət vəkili seçilsək də, seçilməsək də bu xalqın və ölkə başçısının xidmətçiləriyik.Bu günə qədər vətəndaşlarımızla necə maraqlandıqsa, bundan sonra da elə olacaq. Seçkilərdə namizədliyimizi irəli sürməkdə tək məqsədimiz dövlətə xalqa daha yaxın ola bilmək, daha çox iş görə bilmək istəyidir. Cənab Prezidentin ölkə və gənclər siyasətini dəstəkləyirik, hər zaman mən və mənim kimi qəlbi vətənlə döyünən, dövlətini və millətini sevən minlərlə  gənclər Cənab Prezidentimiz İlham Əliyevin   və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın ətrafında sıx birləşəcəyimizə, dövlətimizin daha da inkişafı naminə əlimizdən gələni edəcəyimizə söz veririk". 

 Vüsalə Qələndərli
Asiya.ws

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR