VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Eylül 2019 12:35:46

0 Şərh

Dəfə Oxundu.

“Şəfəq-Asiman” blokunda ilk quyunu “Heydər Əliyev” qazma qurğusu qazacaq

“Şəfəq-Asiman” blokunda ilk quyunu “Heydər Əliyev” qazma qurğusu qazacaq

“Şəfəq-Asiman” blokunda ilk quyunu “Heydər Əliyev” qazma qurğusu qazacaq.

UTVİNFO xəbər verir ki, bu barədə BP nümayəndəsi Hendrik Yan De Yonq məlumat verib.

Yonqun sözlərinə görə, quyunun qazılması təxminən bir ilə qədər vaxt alacaq:

“Cari ilin son rübündə qazma işlərinə başlamağı düşünürük. Qazma prosesində “Heydər Əliyev” qazma qurğusundan istifadə ediləcək. Bu ilin avqustunda hökumətə təklif edilən Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) hesabatında da müəyyən edilib ki, qalıq ekoloji və sosial-iqtisadi təsirlərin az yaxud cüzi olduğu müəyyən edilib”.

BP rəsmisi onu da əlavə edib ki, layihə çərçivəsində iki qəza halı nəzərdə tutulub.

“Onlardan biri gəmilərin toqquşmasından meydana gələ biləcək qəza halları, ikincisi isə karbohidrogen ehtiyatların yayılması ilə yarana biləcək qəzalardır”.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR