BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 10 Eylül 2019 15:01:45

0 Şərh

Dəfə Oxundu.

Şəhid olan pilotumuzun məzar daşı hazırdır-FOTO

Şəhid olan pilotumuz Rəşad Atakişiyevin məzar daşır hazırdır.


"UTVİNFO"-Unikal.org-a istinadən xəbər verir ki,Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin məzar daşı hazırlanıb. 
 

Pilotumuzun məzarı üzərinə fotosu qoyulub, sinə daşı Azərbaycan bayrağı ilə örtülüb.
 

Şəhid Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli Unikal.org-a bildirib ki, məzar daşı dövlət tərəfindən sifariş verilərək hazırlanıb:

“Hazırda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı istintaq gedir. Bizə verilən məlumata görə, Rəşad Atakişiyevin ailəsi xüsusi mükafatla təltif ediləcək. Çünki o, döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Həmçinin Rəşadın ailəsinə onun hərbçi kimi sığorta pulunun ödənilməsi qərarı da verilib. Yaxın günlərdə həmin ödəniş ailəsinə təqdim olunacaq".

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR