VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 09 Kasım 2019 13:05:54

0 Şərh

Dəfə Oxundu.

Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirdə ikinci yerdədir

Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirdə ikinci yerdədir

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən şahmatın rapid və blits üzrə Superbet turnirində Şəhriyar Məmmədyarov ikinci pillədədir.

UTVİNFO xəbər verir ki, rapid üzrə keçirilən doqquz turdan sonra Şəhriyar 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Məmmədyarovla eyni xala malik şahmatçılar Niderland təmsilçisi Aniş Qiri və ermənistanlı Levon Aronyandır. Birinci sıraya isə heç kimin gözləmədiyi halda, ukraynalı şahmatçı Anton Korobov rəhbərlik edir. Onun aktivində 12 xal var.

Qeyd edək ki, şahmatçımız doqquz tur ərzində Le Kuanq Lyem (Vyetnam), Vladislav Artemyev (Rusiya), Vişvanatan Anand (Hindistan), Anton Korobov (Ukrayna), Levon Aronyan (Ermənistan) və Sergey Karyakinlə (Rusiya) heç-heçə edib. Yalnız IV turda Uesli Soya (ABŞ) uduzan Şəhriyar Məmmədyarov Aniş Qiri (Niderland) və Fabiano Karuananı (ABŞ) məğlub edə bilib.

Bu gün turnirdə blits partiyalara start veriləcək. 18 turdan ibarət olan blits görüşlər bu gün və sabah baş tutacaq.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR