BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Temmuz 2019 12:30:20

0 Şərh

Dəfə Oxundu.

Şimali Koreya “F-35” qırıcılarını məhv edəcək silah hazırlayır

Şimali Koreya “F-35” qırıcılarını məhv edəcək silah hazırlayır

Şimali Koreya beşinci nəsil “F-35A” qırıcı-bombardmançı təyyarələri ilə mübarizə aparmaq üçün xüsusi silah hazırlayır.

TASS xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi yanında Amerikaşünaslıq İnstitutunun Tədqiqat şöbəsinin məlumatında deyilir.

Cənubi Koreyanın ABŞ-dan “F-35” qırıcılarını alması Şimali Koreyanı narahat etməyə başlayıb.

Şimali Koreya tərəfinin bəyanatında deyilir ki, sözügedən qırıcıların məhv edilməsi regionda ətraf ölkələr üzərində hərbi üstünlüyü təmin etməyə yönəlib.

Söhbətin məhz hansı silahın hazırlanmasından getdiyi məlum deyil. Lakin hesab edilir ki, Şimali Koreya taktiki raketlər hazırlayır.

Xatırladaq ki, ilk “F-35A” qırıcısı martın sonunda Cənubi Koreyaya verilib. 2021-ci ilədək daha 40 belə qırıcının təhvil verilməsi planlaşdırılıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR