BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Temmuz 2019 11:35:54

0 Şərh

Dəfə Oxundu.

Şimşək çaxıb, dolu düşüb, dalğalar 4,7 metrə çatıb

Şimşək çaxıb, dolu düşüb, dalğalar 4,7 metrə çatıb

Ölkə ərazisində hava şəraiti qeyri-sabit olaraq qalır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 12-si axşamdan 13-ü səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.

Küləyin maksimal sürəti Gəncə və Naftalanda 34 m/s, Tərtər - 30 m/s, Tovuz - 26 m/s, Bərdə - 25 m/s, Mingəçevir - 24 m/s, Şəmkir - 22 m/s, Göyçay və Yevlax - 21 m/s, Nabran - 20 m/s, Neftçala və Ağstafa - 18 m/s, Zaqatala - 15 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda isə 17-23 m/s, arabir 26-28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4,7 metrə çatıb.

Düşən yağıntının miqdarı Göygöldə 18 mm, Qusarda 6 mm, Sarıbaş (Qax), Tərtərdə 4 mm, Yevlaxda 3 mm, Xınalıq və Qubada 2 mm, Qırız, Bərdə, Mingəçevir, Naftalan, Balakən, Oğuz, Zaqatala, Şəki (Kişçay) və Daşkəsəndə 0-1 mm olub.

Göygöl və Hacıkənddə diametri 15 mm, Gədəbəydə diametri 11 mm, Gəncədə isə xırda dənəli dolu düşüb.

13 iyul axşam və 13-dən 14-nə keçən gecə dağlıq və dağətəyi rayonlarda leysan xararterli intensiv yağış yağacağı gözlənilir.

Dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR