VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Eylül 2019 11:25:55

0 Şərh

Dəfə Oxundu.

Şəkidə müəllim dərmandan zəhərlənib öldü

Şəkidə müəllim dərmandan zəhərlənib öldü

Şəkidə 45 yaşlı müəllim zəhərlənərək ölüb.

UTVİNFO-nun əldə etdiyi məlumata görə, Şəki rayonu, Abbas kənd sakini, 1974-cü il təvəllüdlü Abdulkərimov Habil Əsgər oğlu ötən gün qəbul etdiyi dərmandan zəhərlənərək ölüb. 

O, ötən gün bu barədə qardaşı Adil Abdulkərimova məlumat verərək, onu xəstəxanaya çatdırmasını istəyib. Gecə saatlarında qardaşı tərəfindən zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan H.Abdulkərimov səhər saatlarında xəstəxanada ölüb.

H.Abdulkərimov Şəki rayonu Köndələn kənd orta məktəbində müəllim kimi çalışıb.

Meyitə baxış keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası təyin edilib. 

Faktla bağlı araşdırma aparılır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR