VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 23 Temmuz 2019 09:15:45

0 Şərh

Dəfə Oxundu.

SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır

SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır

2018-ci ildə Azərbaycanda 11123 nəfərdə bədxassəli şiş aşkar edilib. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Yaş qrupları üzrə statistik rəqəmlər də açıqlanıb. Belə ki, onlardan 103 nəfəri 0-13, 21 nəfəri 14-17, 243 nəfəri 18-29, 254 nəfəri 30-34, 366 nəfəri 35-39, 4 836 nəfəri 40-59, 5 300 nəfəri isə 60 və yuxarı yaş qrupunda olan insanlardır. 

Eyni zamanda, xəstəlik aşkarlananlardan 5 468 nəfərinin kişi, 5 655 nəfərinin isə qadın olduğu bildirilib. 

Tibb elmləri doktoru, həkim Adil Qeybulla məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, uşaqlar arasında onkoloji xəstəliklər artıb. 

“Uşaqlar arasında onkoloji xəstələliklərin yayılan növləri qan xərçəngi, leykoz, leykemiya və sarkomadır. Beyin şişləri də bu növə daxildir. 

Ümumiyyətlə, onkoloji xəstəliklər bütün yaşlarda olan insanlar arasında daha çox yayılıb. Amma uşaqlarda artım çoxalır. Bunun da bir çox səbəbləri var. Öncə bunun əsas göstəricisi ekoloji səbəbdir. Yəni su, qida, dərman kimi bütün faktorlar nəzərdə tutulur. Bütün bunlar orqanizmin əsas mühitlə bağlı olan əlamətləridir. 

Təəsüflər olsun ki, bu gün Azərbaycan əhalisi sağlam qidalanmır. Azərbaycana daxil olan qida maddələrinin keyfiyyət parametrləri xeyli aşağıdır”. 

Adil Qeybulla hazırda ana südünün keyfiyyətinin çox aşağı olduğunu vurğulayıb: 

“Uşaqlarda immunitet sistemi çox zəifdir. Demək olar ki, tibbi sığorta yoxdur. Uşaqların pediatrik check-up müayinə yoxlama sistemi də çox aşağıdır. Bunların hamısı, ümumilikdə uşaqlarda bu xəstəliyin yaranmasına şərait yaradır. 

Hazırda ana südünün keyfiyyəti də çox aşağıdır. Bu, ananın qidaları ilə bağlıdır. Ona görə də, təbii ki, uşaqlarda immunitet sisteminin formalaşması xeyli aşağıdır. Təəssüflər olsun ki, bu baxımdan, onkoloji xəstəliklərin xüsusi çəkisi uşaqlar arasında artmaqdadır. Bu xəstəliklə bağlı olaraq dünya praktikasını tətbiq etməliyik. Ən azından gələcəyimiz olan uşaqları qorumalıyıq”.

Qeyd edək ki, bədxassəli şişlərdən 1 211-i mədə, 1 341-i traxeya, bronx və ağciyər, 1 799-u süd vəzisi, 201-i ağız boşluğu və udlaq, 426-sı qida borusu, 216-sı qırtlaq, 589-u isə düz bağırsaqda, onunla siqmavari bağırsaq birləşməsində, anusda aşkarlanan şişlərdir.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR