VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 08 Şubat 2020 23:03:36

0 Şərh

Dəfə Oxundu.

Səssiz qala bilmədim, yazılanlar həqiqəti əks etdirmir - ARZU BAĞIROVA

Regional hüquqi və iqtisadi maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova sösial şəbəkədə 77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd Dr. Rəşad Mahmudov haqqında yayılan məlumatlara münasibət bildirib. 

UTVİNFO-nun məlumatına görə,  bu barədə Arzu Bağırova öz facebook səhifəsində paylaşım edib.

Arzu Bağırova həmin paylaşımında bildirir  ki, "Parlament seçkilərinə bir gün qaldı. Namizədlərin hər birinə ayrı-ayrılıqda uğurlar arzulayıram. Lakin diqqətimi çəkən bir əsassız və yanlış məqam oldu. Səssiz qala bilmədim. Astaranı təmsil edən Dr.Rəşad Mahmudov haqqında yazılanların heç bir həqiqəti əks etdirmədiyini qeyd etmək istəyirəm. Mən, bir təşkilat rəhbəri olaraq Rəşad müəllimlə ,Qənirə xanım Paşayeva ilə bərabər Astarada Qəhrəman Aprel şəhidi Pəncəli Teymurovun anım tədbirlərində iştirak etmişik.  Muzeyinə, evinə, ailəsinə baş çəkmişik. Baş verən xoşagəlməz qəza zamanı, Bakıda xəstəxanada qardaşına birlikdə baş çəkib qayğıları ilə maraqlanmışıq. Rəşad müəllimin hər zaman o ailəyə diqqətini ,qayğısını görmüşük. İndi bu yalanları yaymaq əsassızdır və yanlışdır. Rəşad müəllimin şəhid ailələrinə diqqətinin, qayğısının dəfələrlə şahidi olmuşam. Rəşad müəllim özündə yüksək insani keyfiyyətləri cəmləmiş, işinin peşəkarı olan dəyərli ziyalılarımızdandır. Uğurlar Rəşad müəllim!".

İlqam Cəbiyev UTVİNFO xəbər

 

 

 

 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR