VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Ekim 2019 18:05:42

0 Şərh

Dəfə Oxundu.

“Südpulu” ilə bağlı -ŞAD XƏBƏR.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Südpulu” elektronlaşdırıldı .

UTVİNFO-nun məlumatına görəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb. 
 

Bu barədə məlumatı nazir müavini Anar Kərimov mətbuat konfransında verib. O bildirib ki,"İlin sonuna  kimi daha 10 müavinətin elektronlaşdırılması nəzərdə tutulub: "Xidmət yeni doğulan uşaqlara şamil olunur. Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur. 

Müavinəti hansı bankdan alacağı barədə valideynə SMS-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq. 

Bu müavinəti əldə etmək üçün valideynlər 5-6 sənəd toplamalı və bəzən 4-5 ay müddətində gözləməli olurdu. İndi biz vətəndaşı həmin qurumlarla ünsiyyətdən qoruyuruq. Proses həm şəffaflaşır, həm də sürətlənir".
 

Nazir müavini çıxışında onu da qeyd edib ki, cari ildə ölkədə yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Yeni doğulmuş uşaqlarla bağlı müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Ümumilikdə isə il ərzində 600 minə yaxın uşaqlar müxtəlif müavinətlərdən yararlanıb. 
 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR