BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Temmuz 2019 14:50:11

0 Şərh

Dəfə Oxundu.

Sürücü “Mercedes”i aşırdı, qohumu öldü, anası yaralandı - YENİLƏNİB

Sürücü “Mercedes”i aşırdı, qohumu öldü, anası yaralandı - YENİLƏNİB

Neftçalada ölümlə nəticələnən qəzanın bəzi təfərrüatı bəlli olub.

UTVİNFO xəbər verir ki, qəzada xəsarət alan rayonun Aşağı Qaramanlı kənd sakini, 1954-cü il təvəllüdlü Fərəcova Qızqayıt Yusif qızıdır.

O, sürücü Röyal Fərəcovun anasıdır. Ölən Toğrul Fərəcovun da onların qohumu olduğu bildirilir.

14:35

Neftçalada qəzada ölən şəxsin kimliyi müəyyənləşib. 

UTVİNFO xəbər verir ki, bu, Neftçalanın aşağı Qaramanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğludur.

“Mercedes” markalı maşını 1984-cü il təvəllüdlü Fərəcov Röyal Təvəkkül oğlu idarə edib.

14:10

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

UTVİNFO xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb.

10-XR-605 dövlət nömrə nişanlı, “Mercedes” markalı maşın idarəetməni itirərək yolun kənarına aşıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər hadisə yerində həyatını itirib. Yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR