BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Eylül 2019 17:48:10

0 Şərh

Dəfə Oxundu.

Sürücülərə qadağa qoyuldu.

"20 Yanvar" metrosu yaxınlığında taxsi saxlamağa qadağa qoyuldu.

UTVİNFO-nun məlumatın görə Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək. 
 

Tətbiq  edilən  qadağa  ilə   bağlı  məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verib.
 

 Vaqif Əsədov  bildirib  ki, göstərilən  qadağa  yeni dərs ilinin başlanması ilə sözügedən ərazilərdə süni sıxlığın yaranmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd  edib  ki, “Sumqayıtdan gələn sürücülər, tələbələr bilməlidir ki, Sumqayıt avtovağzalından çıxan avtobuslar birmənalı olaraq Bakı Beynəlxalq avtovağzalında saxlamalıdır. 

Artıq sürücülərə xəbərdarlıq edilir. Reydlər aparılacaq. Həmin ərazi bizim tərəfimizdən nəzarətdə olacaq. Bakı Nəqliyyat Agentliyi də bizimlə birgə fəaliyyət göstərəcək. Dayanma durma tələblərinin pozulması ilə bağlı avtomatik elektron qərar qəbul olunub. Birmənalı olaraq həmin ərazidə kiminsə dayanması qanunsuzdur, məsuliyyətə cəlb olunacaq.

Təhsil müəssisələri və onların ətrafında, bəzi küçə və prospektlərdə süni sıxlığın, tıxacların yaranmaması üçün sürücü valideynlərdən xahiş edirik ki, dayanma durma tələblərinə düzgün riayət etsin. Avtomobili olmayan, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin də dərsə, işə və ya hər hansı bir istiqamətə gedərkən ləngiməməyə çalışmalıdır”.

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR