VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 31 Ocak 2020 02:14:26

0 Şərh

Dəfə Oxundu.

Tanınmış teleaparıcı Hacı Nuran Hüseynovun ad günüdür-TƏBRİK EDİRİK

Bu gün tanınmış teleaparıcı, xeyriyyəçi Hacı Nuran Hüseynovun ad günüdür.

Yardımsevərliyi ilə tanınan Hacı Nuran Hüseynov illərdir ki, müxtəlif telelayihələrlə xəstəlikdən əziyyət çəkən insanlara köməklik göstərir. Tanınmış teleaparıcı bu yardımsevərliyi ilə də ehtiyacı olan ailələrin, xüsusilə də xəstəliklərdən əziyyət çəkən körpələrin sevimlisinə çevrilib. Sadəliyi və yüksək xeyirxah keyfiyyətləri ilə seçilən Hacı Nuran Hüseynov, bu gün nəinki ehtiyacı olan insanların, hətta milyonlarla Azərbaycan ailəsinin sevimlisidir.

Xeyirxah əməlləri ilə tanınan Hacı Nuran Hüseynovu  hər kəs tanısa da, istərdik  qısaca da olsa onun həyat fəaliyyətinə nəzər salaq. 

Nuran Nəriman oğlu Hüseynov — televiziya aparıcısı və xeyriyyəçidir. 31 yanvar 1977-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, magist, aspirant, elmlər namizədi və dosent adını qazanmışdır. Daha sonra Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1994-cü ildə "Şərq" informasiya agentliyində müxbir kimi işləməyə başlamışdır. "Xeyir Körpüsü", "Vətənimdir Azərbaycan" və "Həyat" (2017) verlişinin aparıcısı olmuşdur. "Həyat Fondu"-nun rəhbəridir.

Müxtəlif mükafatlarla yanaşı, 2012-ci il "İlin Xeyriyyəçisi" mükafatına layiq görülüb.

Ümid Teleradio Yayım Şirkətinin rəhbər və kollektivi adından, hər kəsin sevimlisi olan Hacı Nuran Hüseynovu doğum günü münasibətilə səmimiqəlbdən təbrik edirik, ona həyatda cansağlığı, iş fəaliyyətində uğurlar arzu edirik. 

Ümid Şirkətlər Qrupu / UTVİNFO xəbər

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR