BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 16 Mayıs 2019 11:20:57

0 Şərh

Dəfə Oxundu.

Tibdə inqilabi yenilik: arterial qanaxmanı 10 saniyəyə dayandırır - VİDEO

Tibdə inqilabi yenilik: arterial qanaxmanı 10 saniyəyə dayandırır

Çindən olan tədqiqat qrupu arterial qanaxmanı dayandıra bilən hidrogel yaradıb.

Hi-news” portalının yazdığına görə, aparılan tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Arterial qanaxma həm cərrahi prosedurlar, həm də alınan zədələr zamanı ölümcül təhlükə daşıyır.

Vaxtında müdaxilə edilmədikdə insan qısa müddət ərzində həyatını itirir. Ötən illər alimlər arterial yaraları bağlayacaq yapışqan ərsəyə gətirməyə çalışsalar da, bunun hər hansı nəticəsi olmayıb. 

Belə ki, sınaq yapışqanlarının bəziləri toksik maddələrdən ibarət olduğuna görə müvafiq qurumların icazəsini ala bilməyib, digərləri isə qan dövranının yüksək təzyiqinə qarşı davamlı olmayıb.

Lakin bir müddət əvvəl çinli alimlər hər iki problemi çözmüş hidrogel ərsəyə gətirib. Qanaxmaya qarşı hidrogel su, jelatin və müxtəlif zülalların sintezindən ibarətdir. Onun strukturu insanın birləşdirici toxumasına maksimal dərəcədə yaxındır.

Gelə ultrabənövşəyi şüa dəyəndə, bərkiyərək genişlənir və yaranı dərhal bağlayır. Beləcə, damarda qanaxmanın qarşısı alınır. Alimlərin dediyinə görə, unikal hidrogel 290mm-ə qədər olan təzyiqə tab gətirə bilir.

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR