VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Ekim 2019 10:20:18

0 Şərh

Dəfə Oxundu.

Türkiyəli müğənninin çağırışına Bakıdan cavab gəldi - FOTO

Türkiyəli müğənninin çağırışına Bakıdan cavab gəldi

Türkiyənin məşhur rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirovaya görə Bakıda konsert verəcək.

UTVİNFO-nun məlumatına görə, bu barədə ifaçı özü “Twitter”də məlumat paylaşıb.

O bildirib ki, dekabrda Azərbaycanda konsert verəcək:

“Azərbaycan Suraya səssiz qalmadı. Onun sağalması üçün bütün qapıları açdı. Komandamız iki gün əvvəl Bakıya dəvət edildi. “Nargis Fund”un təşkilatçılığı ilə dekabrın 7-də Bakıdakı “Elektra Events Hall”da konsertim baş tutacaq. Bütün Azərbaycan xalqını gözləyirəm. Sura xilas olacaq”. 

Qeyd edək ki, bir müddt əvvəl Haluk Levent sosial mediada xərçəng xəstəliyindən əziyyət çəkən 22 yaşlı Sura Nadirovaya kömək məqsədilə kampaniya başladıb və Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət edib.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR