BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 15 Mayıs 2019 17:30:09

0 Şərh

Dəfə Oxundu.

Üç ali təhsili olsa da, səfil həyatı yaşayan həmyerlimiz vətənə qaytarıldı - FOTO

Üç ali təhsili olsa da, səfil həyatı yaşayan həmyerlimiz vətənə qaytarıldı

Ukraynanın Mariupol şəhərinin Levoberejnaya rayonunda xiyabanlardan birində köməksiz vəziyyətdə qalan azərbaycanlı Yusif Nağıyev Vətənə göndərilib. 

Bununla bağlı Mariupol azərbaycanlıları cəmiyyətinin nümayəndəsi Ayxan Hacıbəyli sosial şəbəkədə məlumat verib. 

O, bu işdə Y.Nağıyevə yardımçı olan şəxslərə təşəkkür edib. 

Qeyd edək ki, Y.Nağıyevlə bağlı ilk məlumat 2018-ci il sentyabrın 19-da “0629” nəşrində yayımlanıb. O, göz yaşları içində insanlardan yardım istəyib. Bildirib ki, uzun müddət qaldığı evin sahibi vəfat edib. Həmin vaxt o, xəstəxanada idi. Evə qayıdanda isə qapı bağlı olub.

Yusif deyib ki, həmin evdə onun əşyaları və pulları qalıb. Ev sahibinin qızından isə həmin əşyaları götürə bilməyib. Beləcə, səfil həyatına başlayıb və 2018-ci ilin qışında don vurmuş ayağı amputasiya edilib. 

56 yaşlı şəxs üç ali təhsili olduğunu deyib və əlavə edib ki, onun vətənində övladları, ikimərtəbəli evi və torpaq sahəsi var.

Bundan sonra, Azərbaycanın Kiyevdəki səfirliyi məsələyə qarışıb və onun vətənə qaytarılması üçün işlərə başlayıb. 

Xatırladaq ki, o, Göyçay rayonunda doğulub və 1992-ci ildə işləmək üçün Mariupol şəhərinə gedib. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR

Warning: curl_setopt(): CURLOPT_FOLLOWLOCATION cannot be activated when an open_basedir is set in /home/pfwuivti/domains/utvinfo.org/public_html/resources/library/functions.php on line 283