BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Eylül 2019 15:10:33

0 Şərh

Dəfə Oxundu.

Üçqat dünya çempionumuz peşəkar rinqdə debütünü açıq havada edəcək - FOTO+VİDEO

Üçqat dünya çempionumuz peşəkar rinqdə debütünü açıq havada edəcək

Azərbaycanın həvəskar boks üzrə millisinin sabiq üzvü Məhəmmədrəsul Məcidov peşəkar rinqdə debüt edir.

UTVİNFO xəbər verir ki, üçqat dünya çempionu, bir dəfə Avropa çempionatının və IV İslam Həmrəylik Oyunlarının qalibi, 2012-ci il London Olimpiadasının bürünc mükafatçısı ABŞ-ın Nyu-York şəhərində peşəkar boksda ilk döyüşünə çıxacaq.

32 yaşlı dağıstanlı boksçunun altı raundluq görüşdə rəqibi yerli idmançı Ed Fauntin olacaq. Fauntinin bu, peşəkar rinqdə 20-ci döyüşü olacaq. O, bunadək 12 qələbə (bunlardan beşində vaxtından tez qalib olub – S.M.) qazanıb və altı dəfə məğlub olub. 30 yaşlı amerikalının bir görüşündə isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə sentyabrın 13-dən 14-nə keçən gecə baş tutacaq. Döyüş Hulu Teatr adlanan ərazidə, açıq havada keçiriləcək. Məhəmmədrəsul Məcidovun son məşqindən görüntüləri təqdim edirik:

 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR