BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 18 Haziran 2019 13:53:21

0 Şərh

Dəfə Oxundu.

FOTO: UCUZ VƏ KEYFİYYƏTLİ “SƏRİN MƏKAN” İSTİRAHƏT MƏRKƏZİ -LERİK

UCUZ VƏ KEYFİYYƏTLİ “SƏRİN MƏKAN” İSTİRAHƏT MƏRKƏZİ

Azərbaycanımızın ən ucqar dağ rayonu olan Lerik rayonu, sözün əsil mənasında cənnəti xatırladır.

UTVİNFO xəbər verir ki,  Lerik rayonunun 32-ci KM-də yerləşən “SƏRİN MƏKAN AİLƏVİ İSTİRAHƏT MƏRKƏZİ” həqiqətəndə təbiiliyi ilə seçilən əsl ailə üçün nəzərdə tutulmuş istirahət zonasıdır.  “Sərin Məkan”da ailəvi istirahət üçün lazım olan bütün şərait yaradılıb. Bu məkandan dağları, meşələrin qoynuna aldığı təbiətə xüsusi zövq verən yaşıl ağacları, axan çayları seyr etmək insana xüsusi zövq verir. Bu məkanda personalların xidmətləri xüsusi ilə də digər məkanlardan qat-qat fərqlidir. 

Qeyd edək ki, bu yazı reklam xatirinə yazılmayıb, gözlə gördüklərimizin reallığıdır.  Onu da qeyd edək ki, Lerik rayonunda yerləşən istirahət mərkəzlərində xırda bir araşdırma aparmaq üçün yolumuzu bu məkandan saldıq.  Digər istirahət mərkəzlərindən fərqli olaraq, bu məkanda bütün qonaqlara qarşı xüsusi diqqət və qayğı gördük. Xidmət demək olar ki, yüksək səviyyədə. Qiymət fərqi isə digər istirahət ocaqlarından fərqli olaraq qat-qat aşağıdır. Baxmayaraq ki, bu mərkəzdə digərlərindən daha üstün keyfiyyətli xidmət göstərilir. Yəni, eyni yeməyi digər istirahət mərkəzlərində sifariş etsək, həm yeməyin keyfiyyətinin "Sərin məkan"dan daha aşağı olmasını görərik, qiymət baxımından da digər istirahət mərkəzlərindən aşağı olduğunun şahidi olarıq. Bu məkanda bütün qonaqlara eyni qaydada xidmət göstərilir.

Onu da xatırladaq ki, sözü gedən bu məkana baş çəkərkən özümüzü sadəcə qonaq kimi göstərdik və bu xəbər yayımlanana qədər həmin məkandan kimsə bizim media işçisi olduğumuzu bilmədi. Sərin Məkan Ailəvi İstirahət Mərkəzində hazırladığımız reportajı bu həftə izləyicilərə ÜmidTv kanalında təqdim olunacaq.

QEYD: Bu məkandan başqa digər istirahət mərkəzlərində də olduq. Əsasən də hər yerdə xüsusi bir diplomatik istirahət mərkəzi kimi tanıtdırılan "RELAX" ailəvi istirahət mərkəzində gördüyümüz biabirçılıq və fırıldaqçılıq xüsusilə diqqətimizi çəkdi. "RELAX" haqqında həm xüsusi reportajımızı , həm də hazırladığımız yazını izləyici və oxucularımızın diqqətinə çatdıracağıq.  

Sizdə ucuz və keyfiyyətli xidmətlə ailəvi istirahət etmək istəyirsinizsə, həmçinin zövqünə zövq qatmaq istəyən hər bir ailəyə “SƏRİN MƏKAN” Ailəvi İstirahət Mərkəzini seçməyi tövsiyə edirik.

Maqsud Cəbiyev / UTVİNFO Lerik

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman  Cebiyev Rahman Cebiyev rahmanutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR