VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 10 Ekim 2019 16:00:39

0 Şərh

Dəfə Oxundu.

Ukraynada azərbaycanlı rüşvətə görə saxlanıldı

Ukraynada azərbaycanlı rüşvətə görə saxlanıldı

Böyük Pisarevka keçid məntəqəsindən Ukraynaya keçmək istəyən Azərbaycan vətəndaşı sərhədçilərə rüşvət verməyə cəhd göstərib.

UTVİNFO xəbər verir ki, hadisə oktyabrın 9-da baş verib.

Sərhəd nəzarəti zamanı azərbaycanlı şəxs gömrükçülərə Ukraynaya keçmə məqsədini əsaslandıra bilməyib. Sözügedən şəxs sərhədi keçə bilmək üçün gömrük işçisinə pasportun arasında 2000 rubl (təxminən 52 manat - red.) təklif edib.

Sərhədçilər aşkar edilmiş qanun pozuntusunun qarşısını almaq üçün bütün lazımi tədbirləri görüblər. Dərhal polisə qanun pozuntusu faktı ilə bağlı bildiriş göndərilib və Ukrayna Cinayət Məcəlləsinin 369-cu (vəzifəli şəxsə hədiyyə etmə, vəd etmək və ya həddən artıq müavinət verilməsi) maddəsi üzrə cinayət işi başlanılıb.

Polis Azərbaycan vətəndaşına qarşı istintaq başlatdıqdan sonra Ukraynanın dövlət sərhədinə girişin qadağan edilməsi barədə qərar qəbul edilib və sözügedən şəxs müəyyən edilmiş qaydada Rusiya ərazisinə qaytarılıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR