BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Eylül 2019 09:15:57

0 Şərh

Dəfə Oxundu.

“VAZ-2106” ağaca çırpıldı

“VAZ-2106” ağaca çırpıldı

Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.

UTVİNFO xəbər verir ki, hadisə Balakən-Kortala avtomobil yolunda qeydə alınıb. 

Rayonun Qullar kənd sakini, 43 yaşlı Asruddin Motuxov “VAZ 2106” markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib. 

Nəticədə, maşın yolun kənarındakı ağaca çırpılıb. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Motuxov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. A.Motuxova qapalı kəllə-beyin travması, baş beyin əziyi və sol bud sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR