VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 17 Eylül 2019 17:23:41

0 Şərh

Dəfə Oxundu.

VİDEO: MÜBARİZ MƏNSİMOVUN VALİDEYİNLƏRİNƏ HƏSR OLUNAN KLİP YAYIMLANDI

VƏTƏNPƏRVƏR XANIM BƏSTƏKAR SEVİNC TOFİQQIZININ BƏSTƏSİNƏ, İŞ ADAMI MÜBARİZ MƏNSİMOVUN VALİDEYİNLƏRİNƏ HƏSR OLUNAN KLİP ÇƏKİLİB.

Azərbaycanın fəxr olunası övladları var. O vətən oğullarından biri dəAzərbaycanı dünyada təmsil edən  iş adamı Mübariz Mənsimovdur. Belə bir oğul yetişdirən valideyinləri-atası Qurban Mənsimov, anası Zümrüd Mənsimova həqiqətəndə xüsusi təşəkkürə layiq olan valideyinlərdi. 

UTVİNFO Ümid Tv Azərbaycan kanalına istinadən xəbər verir ki, vətənpərvər bəstəkar Sevinc Tofiqqızı şair Şərafətddin İlikinin sözlərinə vətənpərvər Azərbaycan oğlu Mübariz Mənsimovun valideyinlərinə həsr olunan musiqi bəstələyərək klip çəkdirdi. Klipin rejissoru Babek Pourfar, ifaçısı Xocalı fəryadını yaşamış, vətənpərvər Səbuhi Həsənovdu.

Qeyd edək ki, klip Türkiyənin bir neçə kanalında yayımlanıb, Azərbaycanda isə ilk dəfə Ümid Tv Azərbaycan kanalında yayımlanıb. 

Kliplə bağlı münasibətini öyrənmək üçün sevilən bəstəkar Sevinc Tofiqqızı ilə əlaqə saxladıq. Vətənpərvərliyi ilə seçilən bəstəkar Sevinc Tofiqqızı kliplə bağlı bunları söylədi:

"Xeyirli övlad hər bir valideyinin baş ucalığıdır. Xeyirli övlad bütün xalqın şərəfi, qüruru, fəxridir. Belə övlad böyüdən valideyinlər isə başımızın tacı və örnəkdirlər.
Xeyirxah insan  Mubariz Mansimov kimi şəxsiyyət tərbiyə etmiş, böyüklükləri ilə insanlığa nümunə olan  Zümrüd ana, Qurban ata!
Yeni bəstəmin sözləri Şərafəddin İlkinə, musiqisi Sevinc Tofiqqızına, yəni mənə məxsusdur. Gözəl ifaçı, Xocalı fəryadını yaşamış, vətənpərvər qardaşımız Səbuhi Həsənovun ifasında səslənən  “ETİRAF-ATA-ANA” adlı mahnım bu vüqarlı valideyinlərə həsr edilib. Məhəbbətlə yazılmış bu mahnım, mənim və yaradıcı heyətin adından, vətənpərvərliyi ilə hər kəsə nümunə olan Mübariz Mənsimovu yetişdirən valideyinlərinə bir hədiyyədir."

Ümid Tv Azərbaycan kanalında yayımlanan klip xəbəri təqdim edirik.

UTVİNFO xəbər / Xüsusilə Ümid Tv üçün.

 

 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR