VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 23 Ocak 2020 13:31:41

0 Şərh

Dəfə Oxundu.

VİDEO: YARDIMLI RAYON MƏŞĞULLUQ MƏRKƏZİNDƏ ÖZBAŞINALIQ - YENİLƏNİB

VİDEO

Yardımlı rayonunda baş verən özbaşınalıqlardan xəbər vermişdik. Şikayətlər ard-bə-ard gəlməkdə davam edir. 

UTVİNFO xəbər verir ki, şikayətlər əsasında Ümid Tv Azərbaycan kanalının əməkdaşı Əkbər Sadıyev Yardımlı rayonuna ezam olunub. Şikayətçi Vaqif Teyyubovun şikayəti əsasında  Ümid Tv- nin əməkdaşı Yardımlı 10 saylı Bölgə Üzrə Dövlət Əmək Müfəttişliynin Yardımlı rayon Məşğulluq Mərkəzində olub. Şikayətçinin iddiasına görə, neçə illərdir ki, rayon Məşğulluq Mərkəzində iş üçün qeydiyyata alınıb. Lakin bu günə qədər ona hər hansı bir iş təklif olunmayıb. İşlə təmin olunmasını tələb etdikdə isə təzyiqlərə məruz qalıb. 

Məhz bu məsələyə münasibət öyrənmək üçün əməkdaşımız sözügedən Mərkəzdə olub. Mərkəzin rəhbərliyi yerində olmadığından müavin Amil Səmədov Əkbər Sadıyevi qəbul etsədə, şikayətçinin göstərdiyi arqumentlərə münasibət bildirməyib. Kreslosunda ayaqlarını-ayaqları üstə atan Amil Səmədovun KİV nümayəndəsinə qarşı davranışları heç də xoşa gələn olmayıb. 

Əziz oxucular.

KİV nümayəndəsinə qarşı istədiyi kimi davranan Amil Səmədovun,  sadə vətəndaşlara qarşı necə və hansı etik davranışla davrandığını özünüz təsəvvür edin. Belə olan halda real vəziyyət göstərir ki, şikayətçi vətəndaşlar iddialarında haqlıdırlar. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfimizdən müraciət olunacaq. İnanırıq ki, özündən razı qaydalarla işləyən, vətənaşlara hörmətsiz yanaşan belə kadrların dövlət orqanlarında çalışmasının qarşısı alınacaq. "Get kimə deyirsən de, nə yazırsan yaz" deyən Amil Səmədov Prezident cənab İlham Əliyevin açıq səsləndirdiyi xəbərdarlıqlarından ya məlumatlı deyil, ya da ki vecinə almır. Lakin xatırlatmaq istəyirik ki, Amil Səmədov əmin olsun ki, onun özbaşınalıqları barədə ölkə Başçısı məlumatlı olacaq. 

Qeyd edək ki, Ümid TV-nin hazırladığı geniş reportaj ictimaiyyətə təqdim olunacaq.

Qeyd: Yazıda texniki səbəblərdən Yardımlı rayon Məşğulluq Mərkəzi yazılmadığından, bəzi maraqlı şəxslər tərəfindən birtərəfli münasibət formalaşdırmağa cəhd göstərilir. Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin tabeliyində olan Yardımlı rayon Məşğulluq Mərkəzindən gedir. 

Onu da qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Dövlət Məşğulluq Xidmətləri ayrı-ayrı səlahiyyətləri icra etmələrinə baxmayaraq, bu günə qədər Yardımlı rayon Məşğulluq Mərkəzinin qapısında 10 saylı Bölgə Üzrə Dövlət Əmək Müfəttişliyinin Yardımlı rayon Məşğulluq Mərkəzi adı yazılmış lövhə asılmaqdadır. 

Məlumat üçün xatırlatmaq istəyirik ki, hazırda yardımlıda olan əməkdaşımız, tanımadığı şəxs tərəfindən ona zənglər olunaraq təhdid edilir. Həmin zəng vuran şəxs təhdid edərək saytda yayımlanan xəbərin silinməsini tələb edir.  

UTVİNFO xəbər portalı olaraq xatırlatmaq istəyirik ki, sözügedən şəxs bir daha zənglər edərək təhdid edərsə, barəsində qanuna müvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə hüquq mühafizə orqanına müraciət olunacaq.

Məlumat üçün bildiririk ki, yenilənməmişdən əvvəl sosial şəbəkədə paylaşdığımız xəbər linkinə müdaxilə olunduğundan, həmin linkilə sayta daxil olarkən, link təmamilə başqa bir naməlum səhifəyə yönəlir. Bu addımı atanlar bilsinlər ki, bu yolla həqiqəti gizlətməyə cəhd göstərsələr də, niyyətləri baş tutmayacaq. Araşdırmanın qarşısını almağa çalışanlar unutmasınlar ki, onlar vəzifəyə vətəndaşlara xidmət göstərmək üçün təyin olunublar.

Qarşı tərəf yerində münasibət bildirmək istəməsədə, yenə də münasibət bildirmək istəyərsə, münasibətini dərc etməyə hazırıq. 

Davamı var...!

UTVİNFO xəbər

Şikayətçi vətəndaşın video müraciəti.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR