VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 18 Ocak 2020 21:46:53

0 Şərh

Dəfə Oxundu.

VÜSAL ABDULLAZADƏ SEÇKİ TƏBLİĞATINA START VERDİ

“Yanvarın 10-da 9 fevral növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi mərhələsi başa çatdı.

Milli Məclisdə təmsilçilik iddiasında olan 1000-ə yaxın namizəd artıq rəsmən qeydə alınıb. Bu proses yanvarın 17-nə qədər başa çatacaq və həmin tarixdən etibarən, seçkilərin ən maraqlı mərhələsi – təşviqat kampaniyası başlayacaq”. Dünya və Avropa çempionu Vüsal Abdullazadə öz müəllif yazısında bildirib. O qeyd edib ki, bu mərhələ seçicilərin rəğbətini qazanmaq və onların öz seçimlərini müəyyənləşdirmələri baxımından, müstəsna əhəmiyyət daşıyır. Məhz bu mərhələdə namizədlər seçki rəqiblərindən daha layiqli və üstün olduqlarına seçiciləri inandırmağa çalışacaqlar. “Ötən seçkilərin təcrübəsi göstərir ki, təşviqat kampaniyası heç də hər zaman etik çərçivələrdə aparılmır. Bu, əlbəttə, təəssüf doğurur. Əslində, parlament üzvlüyünə iddia edən şəxslər davranışlarına diqqət etməli, mənfi nümunə yaradan hərəkətlərdən çəkinməlidirlər. Heç kəs şübhə etməsin ki, haqlı və layiqli namizəd olduğunu seçicilərə göstərmək üçün digər rəqibləri aşağılamağa ehtiyac yoxdur. O yolla layiqli görünmək də mümkün deyil. Çox inanıram ki, namizədliyimin qeydə alındığı 86 saylı İsmayıllı seçki dairəsində namizədlərin mübarizəsi gərgin,V amma etik çərçivədə gedəcək. Mən öz tərəfimdən buna təminat verirəm. Ümid edirəm ki, həmin dairədən qeydə alınmış digər namizədlər də buna adekvat davranacaqlar”.

Fəridə Nizamiqızı /UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR