VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 08 Kasım 2019 10:00:09

0 Şərh

Dəfə Oxundu.

Xalq artisti Amaliya Pənahovanın abidəsi ucaldıldı - FOTO.

Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb.

 


UTVİNFO xəbər verir ki, "Qurd qapısı" qəbiristanlığında  xalq artisti Amaliya Pənahovanın   məzarı üzərində abidəsi ucaldılıb.

Xalq artistinin ömür yoluna nəzər salaq görərik ki, xalq artisti Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

 

Qeyd edək ki, xalq artisti Amaliya Pənahova 2018-ci il   noyabrın 8-də  73 yaşında vəfat edib.
 


Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Sabuhi Eltonlu Eltonlu Sabuhi Eltonlu Eltonlu sabuhiutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR