VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 10 Eylül 2019 16:00:56

0 Şərh

Dəfə Oxundu.

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ağırlaşdı.

Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ağırlaşdı.

UTVİNFO-nun məlumatın görə Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranmış ciddi problemlərə görə Türkiyəyə yola düşüb.
 

Aktrisa həkimlərin ona düzgün diaqnoz qoymadıqlarına görə Türkiyəyə üz tutduğunu  bildirib:

"Bakıda xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmadı. Bütün pullarım hədər getdi. Dərmanlara və müayinələrə verdiyim pulları saysam, ağzınız açıq qalar. Bir çox həkimlərə üz tutsam da, onlar xəstəliyimin tam diaqnozunu qoymaqda çətinlik çəkdilər.

Hətta həkim tomoqrafiyaya baxıb diaqnoz qoya bilmədi. Analizlərin cavablarını Türkiyənin məşhur xəstəxanalarının birinə yolladım. Müsbət cavab aldıqdan sonra qərar verdim ki, Türkiyəyə getməliyəm. Ümid edirəm ki, Türkiyədə dərdimə dərman tapılar və yenidən sağlamlığıma qovuşaram".
 

Xatırladaq  ki, bir müddət bundan əvvəl Naibə Allahverdiyeva əsəblərinin pozulduğunu və qan təzyiqindən əziyyət çəkdiyini bildirmişdi. 

 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR