VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 08 Kasım 2019 14:55:16

0 Şərh

Dəfə Oxundu.

Xalq artistinin arvadı heyvansevərləri qəzəbləndirdi - FOTO

Xalq artistinin arvadı heyvansevərləri qəzəbləndirdi - FOTO

Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, opera artisti Anna Netrebko “Instagram” paylaşımı ilə qalmaqala səbəb olub.

UTVİNFO xəbər verir ki, Annanın əlində təbii xəz dəri ilə çəkdirdiyi, sosial media hesabında paylaşdığı foto heyvansevərlər və heyvan müdafiəçilərini qəzəbləndirib.

Onlara Annaya səslənərək “Anna, həqiqətən, həqiqi xəz geyinirsən? Xahiş edirəm, imtina edin. Sizi bundan imtina etməyə çağırıram” kimi şərhlər yazıblar.

Opera artisti isə yazılan şərhə “Təbii xəz, dəri geyinirəm və ət yeyirəm” cavabını verib.

Annanın bu cavabı heyvansevərləri özündən çıxarıb. Onlar heyvanların xəzlərinə görə necə öldürüldüyünü görməyi məsləhət görüblər. Netrebko bunun necə baş verdiyini gördüyünü dilə gətirib.

Qeyd edək ki, bu günlərdə Böyük Britaniya Kraliçası II Yelizaveta təbii xəzdən olan paltar və aksesuarlardan imtina etmək qərarına gəlib. Qarderobuna əl qəzdirən Kraliça geyimlərində olan təbii xəzləri süni xəzlərlə əvəzləyib. Onun bu addımı isə heyvansevərlər tərəfindən müsbət qarşılanıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR