VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Eylül 2019 11:40:08

0 Şərh

Dəfə Oxundu.

Xidmət rəisi viza rejiminin ləğvindən danışdı

Xidmət rəisi viza rejiminin ləğvindən danışdı

Sentyabr 1-dən başlayaraq, Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza rejimi ləğv olunub. Türkiyə vətəndaşlarına tətbiq olunan viza sadələşdirilmiş, hava limanında əldə edilən viza idi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik hansısa bir bürokratik maneə də aradan götürülür.

UTVİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, Türkiyə vətəndaşları rahat şəkildə ölkəmizin bütün sərhəd-nəzarət buraxılış məntəqələrindən keçə bilərlər:

“Təbii ki, viza rejimin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir. Bu razılaşmaya əsasən, 30 gün müddətində Türkiyə vətəndaşları ölkəmizdə ola bilərlər. Həmçinin, qeyd edim ki, viza ilə bağlı tələb olanda ölkəyə səfər zamanı bəyan edilmiş məqsəd bizim miqrasiya qanunvericiliyi ilə müəyyən edilir. Ancaq vizasız qaydada tətbiq olunan bütün maneələr aradan götürülüb”.

V.Hüseynov qeyd edib ki, viza rejiminin ləğvində miqrasiya sahəsində heç bir problemli məqam yoxdur:

“Dövlətimizin aidiyyəti orqanlarının da vəzifələri ondan ibarətdir ki, hər hansı narahatlıq yaradan məqam olsa, bunun qarşısı alınsın. Bu gün üçün hər şey qaydasındadır”.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR