BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Haziran 2019 13:10:52

0 Şərh

Dəfə Oxundu.

Xəzərdə kruiz səfərləri nə vaxt olacaq?

Xəzərdə kruiz səfərləri nə vaxt olacaq?

Xəzər dənizində kruizlərin təşkili ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilib. 

UTVİNFO-nun məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür və həmin gəmi “Pyotr Velikiy” gəmisidir:

“Onu Rusiyada hazırlayırlar. Rusiya Prezidenti Vladimir Putin Bakı səfəri çərçivəsində həmin məsələyə qayıdıb və Rusiyadakı tərəfdaşlardan tələb edib ki, bu iş tezləşdirilsin. Biz Həştərxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparırıq.

Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib. Kruizin 2020-ci ildə başlanması gözlənilir. Bu, Xəzəryanı beş dövləti əhatə edəcək”.

Agentlik rəsmisi qeyd edib ki, Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var:

“Bu layihə tam olaraq Rusiyanın layihəsidir. Azərbaycan və digər dövlətlər buna dəstək olurlar. Qiymətləri Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, daha sərfəli olsun”.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR