BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Temmuz 2019 14:15:42

0 Şərh

Dəfə Oxundu.

Yalçın Rzazadə evə buraxıldı: ödündə problemlər var - YENİLƏNİB

Yalçın Rzazadə evə buraxıldı: ödündə problemlər var - YENİLƏNİB

Səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Xalq artisti Yalçın Rzazadə artıq evə buraxılıb.

Bununla bağlı Mərkəzi Dənizçilər Xəstəxanasından bildiriblər.

Qeyd edilib ki, Y.Rzazadə həkim müayinəsindən keçib:

“Xalq artistinin ödündə problemlər vardı. Həkimlərin təcili müdaxiləsindən sonra vəziyyəti stabilləşib. Ambulator müayinədən keçən Yalçın Rzazadə evə buraxılıb”.

13:01

Xalq artisti Yalçın Rzazadənin səhhəti qəflətən pisləşib. 

Müğənninin oğlu Yusif Rzazadə atasının səhhətində yaranmış problemlərlə bağlı açıqlama verib:

“Atam hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındadır. Üç gündür səhhəti heç də yaxşı deyil. Hazırda həkimlər atamın vəziyyətini normallaşdırmağa çalışırlar. Gözlərinin içi sapsarıdır. Qanında zəhərlənmə aşkarlanıb. Ürəyində problemlər var”.

Qeyd edək ki, Yalçın İmran oğlu Rzazadə 31 dekabr 1946-cı ildə Bakıdan anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Xalq Artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir. Evlidir, üç övladı var. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR