VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Eylül 2019 13:00:38

0 Şərh

Dəfə Oxundu.

Yevlaxda təlim keçirilib-FOTOLAR.

Yevlaxda Azərbaycan və Türkiyə aviasiya vasitələrinin təlimi keçirilib.


UTVİNFO-nun məlumatın görə Yevlaxda TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyənin hərbi aviasiya vasitələrinin uçuşları davam edir.

Yevlax rayonunda keçirilən təlimlərdə pilotlarla uçuşöncəsi brifinq keçirilib. 
Bildirilib ki, Azərbaycan və Türkiyə aviasiya vasitələrinin uçuşlarını həyata keçirmək üçün uçuş zolağı tam hazır vəziyyətə gətirilib.

 

Xatırladaq ki, sentyabrın 2-dən start götürən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.
 

Sentyabrın 16-da yekunlaşacaq təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.



Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR