BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Eylül 2019 12:30:13

0 Şərh

Dəfə Oxundu.

Zaqatalada fındıq yığımı davam edir-VİDEO

Zaqatalanın fındıq bağlarında iyul ayından başlanan fındıq yığımı davam edir-VİDEO

UTVİNFO-nun məlumatın görə Zaqatalanın fındıq bağlarında iyul ayından başlanan fındıq yığımı davam edir.

Müxtəlif sort fındıq yetişən bağlarda tez yetişən sortlar artıq yığılıb, bağ sahiblərinin üstünlük verdiyi atababa sort fındığın yığımı isə davam edir.Hazırda bağlarda əsasən ikinci yığım aparılır.


Keçən ilə nisbətən məhsulsdarlıq aşağı olsada qiymətlərin yüksək olmasından fındıqçılar razılıq edir.Qiymətlərə gəldikdə isə hazırda fındığın bir kiloqramı növündən və keyfiyyətindən asılı olaraq 3.50 - 4 manata alınır.

Zaqatala DAİM-dən verilən məlumata görə hazırda rayonda ümumilikdə mövcud olan bağlar 19 760 hektardır. Bununda  9 189  hektarını yeni salınmış fındıq bağları təşkil edir.Ötən il rayonda 1353 hektar yeni bağlar salınıb ,cari ildə isə 250 hektar sahədə yeni fındıq bağları salınması nəzərdə tutulur.

Keçən il Zaqatalada ümumilikdə 15 069 ton fındıq tədarük olunub. Bu il isə məhsuldarlığın nisbətən aşağı olmasına baxmayaraq yeni bara düşmüş bağların hesabına cari ildə də 15 000 tondan artıq yığılması proqnozlaşdırılır.

 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR