BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 10 Eylül 2018 20:24:11

1 Şərh

Dəfə Oxundu.

“ZƏFƏR YOLU İLƏ” adlı yürüşü Göyçaydan keçdi-RƏŞİD RÜSTƏMOV

“Zəfər yolu ilə" Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olundu.

Bu gün keçirilən "Zəfər yolu ilə"adlı yürüş Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr edilib. XX əsrin əvvəlində - çox mürəkkəb tarixi şəraitdə Türkiyənin Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib. Bakının və ətraf qəzaların erməni-bolşevik işğalından xilas olmasında Qafqaz İslam Ordusu mühüm xidmətlər göstərib. Qafqaz İslam Ordusu bu şanlı tariximizin bir hissəsidir. Həmin ənənələr üzərində qurulan Azərbaycan bu gün dünyanın aparıcı ölkəsinə çevrilib. Müasir dövrdə ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir və statistik göstəricilərinə görə dünyada 23-cü yerdədir. Ümimmili Lider Heydər Əliyevin Türkiyə Azərbaycan münasibətlərinə ən böyük qiyməti "İki dövlət bir millət" kəlamı ilə bildirmişdir. Bu gündə bu siyasət Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri, müxtəlif sahələrdə yüksək səviyyədə əməkdaşlıq etdiklərini bilirik. Bu münasibətlərin 25 ildən coxdur ki, davam etdir. Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında göstərdiyi xilaskarlıq missiyasının Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə qarşılandığı məlumdur. Çanaqqala döyüşlərində azərbaycanlıların da könüllü olaraq iştirak etdiklərini, bu dəyərlərin gələcək nəsillərə çatdırılması vacibdir. Ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bu qardaşlıq münasibətlərinin qədim tarixi köklərə bağlılıdır. 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında Nuru Paşanın rəhbərliyi ilə ordunun və Azərbaycan Korpusunun göstərdiyi xilaskarlıq missiyasını həyata keçirib.

Bu gün qədim tarixə malik olan çinarlar yurdu olan gözəl Göyçay torpağı "Zəfər yolu ilə"adlı yürüş iştirakçıları, sakinlər və rayonun qonaqları seyr etdilər. Əllərində Azərbaycan və Türkiyə bayraqları qonaqları salamlayan əhali birdaha bu iki dövlətin sarsılmaz və qırılmaz kökləri olduğunu, dostuq əlaqələrinin dahada genişləndiyinin şahidi oldular. Türk əsgərlərinin qəbirləri rayon ərazisində ziyarət olundu. Rayon ictimayyət nümayəndələri yürüş iştirakçılarını müşahət etdilər. Hər birimizin arzusudur ki,  tezliklə "Bir millət iki dövlət" qardaş ölkələrin bayraqalrı işğal altında olan torpaqlarımızda dalğalansın, Xankəndində "Qələbə yürüşü"nü keçirdək.    

Rəşid Rüstəmov   Umud.Tv – Göyçay.

 

 

Ilyas 06 Ekim 2018 21:53:23 Cavab yaz
(0)
(0)
Bu yürüş, Gənclər və idman nazirliyinin dəstəyilə Azərbaycan Skautlar Assosiasiyası və Türkiyə Izcilik Federasiyası tərəfindən təşkil edilmişdir. Fb.com/scoutsofazerbaijan
Adınız Soyadınız
Bağla
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman  Cebiyev Rahman Cebiyev rahmanutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR